Vasif Talıbov istefa verib

Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən istefa verib.

Azinformasiya.Az-ın xəbərinə görə, o, bu barədə qərarını Ali Məclisin bu gün keçirilən növbədənkənar iclasında açıqlayıb.

Qeyd edək ki, V.Talıbov 1960-cı ilin yanvarın 14-də Şərur rayonunun Aşağı Aralıq kəndində anadan olub. O, 1995-ci ilin dekabrın 16-dan bu günə qədər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir