“Vaqner”in rəhbəri Priqojin Rostovda Rusiya müdafiə nazirinin müavini Yevkurovla görüşüb

“Vaqner” rəhbəri Yevgeni Priqojin Cənub Hərbi Dairəsinin qərargahında müdafiə nazirinin müavini Yunus Bek Yevkurov və Baş Qərargahın Baş Kəşfiyyat İdarəsinin rəisinin birinci müavini general-leytenant Vladimir Alekseyevlə görüşüb.

 

Azinformasiya.az xəbər verir ki, görüşdən video Priqojinlə əlaqəli teleqram kanalları, habelə RT tərəfindən yayımlanıb.

Priqojin Baş Qərargah rəisi Gerasimov və müdafiə naziri Sergey Şoyqu ilə görüş tələb etdiyini, əks təqdirdə “Vaqner”in Rostovu blokadaya alacağını və Moskvaya gedəcəyini diqqətə çatdırıb.

Sözügedən videodan sonra Priqojinin mətbuat xidməti başqa bir videomüraciət dərc edib və Priqojin onun döyüşçülərinin Rostov-na-Donudakı hərbi obyektlərə, eləcə də aerodroma nəzarəti ələ keçirdiklərini iddia edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir