“Vaqner” Rusiyada nəzarətə götürdüyü əraziləri tərk edib

“Vaqner” özəl hərbi şirkətinin bütün hərbi texnikası və şəxsi heyəti ötən gün şirkətin rəhbəri Yevgeni Priqojinin başçılığı altında Rusiyada baş vermiş hərbi qiyam zamanı nəzarətə aldığı əraziləri tərk edib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Qeyd olunub ki, “Vaqner” özəl hərbi şirkətinin hərbçiləri Rostov, Voronej, Lipetsk vilayətlərində və başqa ərazilərdəki mövqelərini tərk edib.

İndi isə həmin ərazilərdə ötən gün tətbiq edilmiş məhdudiyyətlər tədricən aradan qaldırılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir