Vanq Yİ: ABŞ Çinlə bağlı yanlış təsəvvürə sahibdir

Çin və ABŞ arasında münasibətlərin aşağı səviyyədə olmasının səbəbi ABŞ-ın Çinlə bağlı yanlış təsəvvürə sahib olmasıdır.

 

Azinformasiya.az CNN-ə istinadən xəbər verir ki, bu barədə Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının rəhbəri, Siyasi Büronun üzvü Vanq Yi Pekində ABŞ dövlət katibi Entoni Blinken ilə görüşdə söyləyib.

Vanq Yi bildirib ki, Çin-ABŞ münasibətlərinin mənfi istiqamətdə gedən tendensiyası dəyişdirilməli, əlaqələrin sağlam və sabit yola qayıtması təşviq edilməlidir.

“Çin və ABŞ-ın yeni dövrdə birgə yaşaması üçün doğru yolu birlikdə tapmalıyıq”, – deyə Vanq vurğulayıb.

Vanq, eyni zamanda qeyd edib ki, Çin Tayvana güzəştə getməyə hazır deyil və Tayvan Çinin əsas maraqlarından biridir: “Çin adanı əyalət hesab edir və digər ölkələrdən onu müstəqil kimi tanımamağı tələb edir”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir