Türkiyədə daha bir zəlzələ baş verib.
Azinformasiya.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Vanın Çaldıran rayonunda yerli vaxtla saat 07:07-də 4 maqnitudalı zəlzələ olduğu bildirilib.
Yeraltı təkan 7 km dərinlikdə baş verib.
Azinformasiya.az