Uzaqgörən siyasətçi Ərdoğan

Uzaqgörən siyasətçi Ərdoğan

 

Orta məktəb və universitet illərində Milli Türk Tələbə Birliyində aktiv şəkildə iştirak edən Rəcəb Tayyib Ərdoğan 1976-cı ildə MSP Bəyoğlu Gənclik Qolu Rəhbərliyinə və eyni ildə MSP İstanbul Gənclik Qolları Rəhbərliyinə seçildi. Ərdoğan 1980-ci ilə kimi bu vəzifələrini yerinə yetirdi. 12 sentyabr zamanlarında siyasi partiyalar bağlandığı üçün bir müddət özəl sektorda idarəetmə işləri ilə məşğul oldu.

1984-cü ildə Rəfah Partiyası ilə siyasətə qayıdan Ərdoğan Rəfah Partiyası Bəyoğlu İlçə Başqanı, 1985-ci ildə isə Rəfah Partiyası İstanbul Şəhər Başqanı və Rəfah Partiyası MKYK üzvü oldu.

İstanbul Şəhər Başqanlığı vəzifəsində olarkən, xüsusilə, qadınların və gənclərin siyasətə girişini artırmaq üçün bir sıra işlər gördü, siyasətin geniş xalq kütlələri tərəfindən mənimsənib etibar görməsi üçün vacib addımlar atdı.

27 mart 1994 yerli seçkilərdə İstanbul Böyükşəhər Bələdiyyə Başqanı seçilən Rəcəb Tayyib Ərdoğan siyasi istedadı, qrup çalışmasına verdiyi önəm, insan resursları və maddi mövzulardakı bacarıqlı idarəçiliyi ilə dünyanın ən mühüm metropolislərindən biri olan İstanbulun problemlərinə qarşı doğru həll yolları tapdı.

Rəcəb Tayyib Ərdoğan 12 dekabr 1997-ci ildə Siirtdə xalqa xitabən etdiyi nitqi zamanı Milli Təhsil Nazirliyi tərəfindən müəllimlərə tövsiyə edilən və bir dövlət qurumu tərəfindən yayımlanan bir kitabdakı şeiri oxuduğu üçün həbs edildi və İstanbul Böyükşəhər Bələdiyə Başqanlığı vəzifəsinə son verildi.

Həbsxanada 4 ay qaldıqdan sonra inkişaf edən demokratiyanın nəticəsi olaraq 14 avqust 2001-ci ildə dostları ilə birlikdə Ədalət və İnkişaf Partiyasını (AK Parti) qurdu və Qurucular Qurulu tərəfindən AKP-nin Qurucu Ümumi Başqanı seçildi.

Millətin inamı AKP-ni quruluşunun ilk ilində Türkiyənin ən geniş xalq dəstəyinə sahib siyasi hərəkəti halına gətirdi və 2002-ci il ümumi seçkilərdə üçdə ikiyə yaxın parlament çoxluğu ilə (363 millət vəkili) tək başına iqtidara gətirdi.

15 mart 2003-cü il tarixində Baş nazir olan Rəcəb Tayyib Ərdoğan aydınlıq və hər zaman inkişaf edən bir Türkiyə idealı ilə həyati önəm daşıyan bir çox reformasiya paketini qısa vaxt içində tətbiq etməyə başladı.

Rəcəb Tayyib Ərdoğan 12 iyun 2007-ci il seçkilərində 46,6 faiz olaraq böyük bir zəfər qazanan AK Partiyası Ümumi Başqanı olaraq Türkiyə Cümhuriyyətinin 60. Hökumətini qurdu.

Rəcəb Tayyib Ərdoğan, 12 iyun 2011-ci il seçkilərindən də zəfərlə çıxdı və 49,8 səs olaraq 61-ci Hökumətini qurdu.

10 avqust 2014-cü il bazar günü, Türk siyasi tarixində ilk dəfə birbaşa xalqın səsləri ilə  və ilk turda 12-ci prezident seçildi.

16 aprel 2017-ci il tarixindəki xalq səsverməsi ilə qəbul edilən Anayasa dəyişikliyi ilə Prezidentinin partiyalı ola bilməsinin önünün açılmasından sonra Rəcəb Tayyib Ərdoğan 21 may 2017-ci il tarixində baş tutan 3-cü Fövqəladə Böyük Konqresdə qurucusu olduğu AK Partiyasının Ümumi Başqanlığına yenidən seçildi.

24 iyun 2018-ci il bazar günü olan Prezident seçkilərində 52,9 faiz səslə yenidən Prezident seçildi.

16 aprel 2017-də qəbul edilən Anayasa dəyişikliyi ilə həyata keçirilən Prezidentlik Hökumət Sisteminin ilk Prezidenti olaraq 9 iyul 2018 tarixində and içərək vəzifəsinə başladı.

28 may 2023-cü il tarixində yenidən Türkiyə Respublikasının prezidenti seçilərək Rəcəb Tayyib Ərdoğan bir daha qüdrətini bütün dünyaya göstərdi.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir