ÜST-dən “Omicron”la bağlı – Açıqlama

“Viruslar zamanla dəyişir. Çoxaldıqca mutasiyalar baş verir. Biz bunu bütün viruslarda, qripdə görürük. Ona görə də bu, sürpriz deyil”.

Azinformasiya.Az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə sözçüsü Riçard Pebodi deyib.

O, ÜST-ün vəziyyəti çox diqqətlə izlədiyini vurğulayıb.

R.Pebodi bildirib ki, yeni ştamın panikaya səbəb olmamalıdır:

“Hökumətlərə aydın çağırışla həssas qrupların peyvənd edilməsi lazım olduğunu bildirmişik”.

Pebodi virusu azaltmaq üçün fiziki məsafəyə, əl gigiyenasına və maskaların taxılmasına riayət edilməli olduğunu xatırladıb.

O, “Omicron” ştamının çoxlu sayda mutasiyaya malik olduğunu və bunun narahatlıq doğurduğunu da deyib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir