Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırıb.
Azinformasiya.az xəbər verir ki, bu haqda ÜST-nin Avropa Regional Ofisi məlumat yayıb.
ÜST Azərbaycanla yanaşı, Tacikistan da “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırıb.
Bildirilib ki, bu nailiyyət səhiyyə işçilərinin davamlı fədakarlığı, habelə malyariya hallarının məqsədyönlü şəkildə qarşısının alınması, erkən aşkarlanması və müalicəsi ilə mümkün olub.
Azinformasiya.az