Ursula fon der Leyen: Paris sammiti Rusiyaya qarşı sanksiyaların qüvvədə qalacağını göstərir

“AB-nin Ukrayna üzrə Parisdə baş tutan sammiti göstərir ki, Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq.”

 

Azinformasiya.az  xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen iclasın yekunlarına dair açıqlaması zamanı bildirib.

“İkinci mövzu Rusiyaya təzyiqləri davam etdirməkdir. Sanksiyaların qüvvədə qaldığı aydın idi. Biz ədalətli və davamlı sülh sazişi istəyirik. Məqsəd budur”, – o bildirib.

Onun sözlərinə əsasən, Ukraynaya qısa müddətdə maliyyə və hərbi dəstəyin necə gücləndirilməsi barədə geniş müzakirə aparılıb.

“Ukraynanın hərbi ehtiyacları, o cümlədən maliyyə ehtiyacları ödənilməlidir”, – deyə o vurğulayıb.\

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir