Avropa İttifaqı Çinlə bağlı siyasətini sərtləşdirməlidir, bütün ölkələrin bu məsələdə ümumi rəyi var.
Azinformasiya.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Layen ZDF telekanalına müsahibəsində bildirib.
Fon der Leyen etiraf edib ki, müxtəlif üzv dövlətlərin Çinlə qarşılıqlı əlaqə məsələsində fərqli maraqları var.
“Lakin fakt budur ki, Çin çox dəyişib və buna görə də biz Pekinə münasibətdə siyasətimizi sərtləşdirməliyik”, – Avropa Komissiyasının rəhbəri vurğulayıb.
Ursula fon der Layen son aylarda bu məsələ ilə bağlı yaxşı müzakirələr aparıldığını, getdikcə Aİ-nin izləmək istədiyi ümumi strategiyanın formalaşdığını qeyd edib.
“Bu, hələ natamam bir prosesdir, lakin bu onu göstərir ki, biz Çinlə münasibətdə yalnız maraqların deyil, hər şeydən öncə risklərin olduğunu görürük və burada biz buna aydın şəkildə baxmalıyıq”, fon der Leyen fikrini yekunlaşdırıb.
Azinformasiya.az