2021-ci il iyulun 1-i vəziyyətinə 62 min aztəminatlı ailənin 264,1 min üzvü ünvanlı dövlət sosial yardımı alıb.
Azinformasiya.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, bu yardımın bir nəfərə düşən orta aylıq məbləği 60,06 manat təşkil edib.
Bunlarla yanaşı, cari ilin iyulun 1-i vəziyyətinə müxtəlif kateqoriyadan olan 296,8 min şəxsə Azərbaycan Prezidentinin təqaüdü təyin olunub.