Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov İsveçrədə keçirilən görüşlərin nəticələri barədə açıqlama verib.
Azinformasiya.az -ın Ukrayna mediasına istinadən xəbərinə görə, Umerov bildirib ki, danışıqlar qrupunun ətraflı hesabatı təqdim olunub və müharibəni ləyaqətlə başa çatdırmaq üçün real imkanların qaldığı hesab edilir.
Onun sözlərinə əsasən, beynəlxalq ictimaiyyətin Rusiyaya təzyiq göstərmək qabiliyyəti etibarlı sülhün müharibəni əvəz etməsinə əhəmiyyətli dərəcədə kömək edə bilər.
Umerov qeyd edib ki, fevral ayında daha bir danışıqlar raundunun təşkilinə və bu görüşün məhsuldar olacağına ümidvardırlar. O vurğulayıb ki, növbəti üçtərəfli görüş ərəfəsində Ukraynanın ən çətin suallara cavabları hazırdır və danışıqlar qrupunun prioritetləri müəyyən edilib.
Şura katibi əlavə edib ki, liderlər səviyyəsində görüş formatı həlledici rol oynaya bilər:
“Komandalar səviyyəsində həll olunmayan məsələlərin liderlər səviyyəsində müzakirəsi vacibdir və Ukrayna bu formata hazırdır”, – deyə Umerov bildirib.
Azinformasiya.az