Türkiyənin Bursa vilayətinin Uludağ rayonunda yerləşən hotellərdən birində yanğın olub.
Azinformasiya.az xəbər verir ki, bu barədə “Sabah” məlumat yayıb.
Qeyd olunub ki, yanğın nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Xəsarət alan 3 nəfər xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, yanan hotelin turizm fəaliyyəti göstərməyə dair sənədi olmayıb və yanvar ayında bağlanılmasına qərar verilib.
Azinformasiya.az