Ukraynaya raket hücumu nəticəsində 39 nəfər ölüb, 159 nəfər yaralanıb

Dekabrın 29-u səhər saatlarında Rusiyanın Ukraynanın müxtəlif şəhərlərinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 39-a çatıb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “Facebook” hesabında yazıb.

“Rusiyanın dünənki hücumunun nəticələrinin aradan qaldırılması istiqamətində işlər hələ də davam edir. 120-yə yaxın şəhər və kənd – yüzlərlə mülki obyekt zərər çəkib. Bu terror aktı nəticəsində ümumilikdə 159 nəfər yaralanıb, 39 nəfər ölüb. Ölənlərin ailələrinə və yaxınlarına başsağlığı verirəm.
Bu hücumu pisləyən bütün dünya liderlərinə, siyasətçilərə və ictimai xadimlərə təşəkkür etmək istəyirəm. Xalqımızı dəstəkləyən, rus şəri və müdafiəmiz haqqında həqiqəti söyləyən bir çox ölkələrdən jurnalistlərə təşəkkür edirəm. Biz hamımız birlikdə Rusiya terroruna qalib gəlməliyik”, Zelenski diqqətə çatdırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir