“Beynəlxalq hüququn bütün tələbləri istənilən dövlətin ərazi bütövlüyünün toxunulmazlığını, o cümlədən dövlətin ərazi bütövlüyünün bərpası üçün istənilən imkanlardan yararlanmağı şərtləndirir. Biz Azərbaycanın ərazi bütövlüyünü, onun bərpasını ilk gündən dəstəkləyirik”.
Bunu “Report”un Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının (parlament) sədrinin I müavini Ruslan Stefançuk deyib.
O qeyd edib ki, Ukraynanın bu mövqeyi beynəlxalq hüququn tələblərinə, ölkələrin suverenliyi prinsiplərinə və ədalətə əsaslanır:
“Bizim də ərazi bütövlüyümüz sepratizmdən əziyyət çəkir. Bu baxımdan dost Azərbaycanın da bu ağrılı problemini dərindən anlayırıq. Biz Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyirik, onun pozulmasını və işğalını qəti şəkildə pislyirik”.
I vitse-spikerin fikrincə, çox yaxşı olardı ki, tərəflər nəhayət tezliklə ortaq dil tapa bilsinlər və bölgədə sülh olsun: “Çünki XXI əsr, müasir svilizasiya sakinləri müharibələrlə, qırğınlarla yaşamamalıdır”.