Ukraynanın Baş naziri Denis Şmiqal Slovakiyada səfərdədir.
Azinformasiya.az xəbər verir ki, bu barədə Baş nazir Şmiqal”Telegram” hesabında yazıb.
Bildirilib ki, səfərin məqsədi hökumətlərarası komissiyanın iclasında iştirak etməkdir.
“Gündəlikdə enerji logistika ticarət sahəsində əməkdaşlıq və Ukrayna Prezidentinin Sülh Formuluna dəstəyin müzakirəsi dayanır”, – o bildirib.
Şmiqalın sözlərinə əsasən, məsləhətləşmələr nəticəsində bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.
Azinformasiya.az