Ukraynanın Baş naziri Estoniyada səfərdədir

Ukraynanın Baş naziri Denis Şmiqal Estoniyada səfərdədir.

 

Azinformasiya.az ERR-ə istinadən xəbər verir ki, Ukrayna Baş naziri Estoniya Prezidenti Alar Karis, Baş nazir Kaya Kallas və Parlament (Riigikogu) sədri Lauri Hussar ilə görüşəcək.

Denis Şmiqal Estoniya Baş naziri Kaya Kallasla görüşdə Ukraynaya hərtərəfli yardım, həmçini Ukraynanın yenidən qurulmasını müzakirə edəcək. Rusiyanın dondurulmuş aktivlərinin təyinatı, təqibi və sanksiyalar mövzusu da müzakirə olunacaq. Baş nazirlər Ukraynanın Avropa İttifaqı və NATO-ya üzvlük yolundakı addımları barədə də fikir mübadiləsi aparacaq.

Ukraynanın Baş naziri Tallin Texnologiya Universitetində çıxışı da gözlənilir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir