Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin Rusiyanın işğalı altında olan Berdyansk şəhərində RF-nin ordu generalı Olaq Tsokovu zərərsizləşdirib.
Azinformasiya.az “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukraynanın Mariupol şəhəri merinin müşaviri Pyotr Andryuşenko bildirib.
Məlumata əsasən, Ukrayna müdafiəçiləri Berdyanskda Rusiya hərbçilərinin yerləşdiyi “Dyuna” mehmanxanasını bombalayıb. Nəticədə Rusiyanın oteldəki hərbi rəhbərləri də həlak olub. Onların arasında ordu generalı Oleq Tsokov da var.
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı da bu məlumatı təsdiqləyib. Qərargahın sözçüsü Andrey Kovaleyov vurğulayıb ki, işğalçılar bütün gecəni rusiyalı hərbçilərin meyitlərini yerli morqa daşıyıblar.
Azinformasiya.az