Ukraynada daha bir istilik elektrik stansiyasına zərbə endirilib

Raket zərbələri nəticəsində Kiyev vilayətindəki “Tripol” İstilik Elektrik Stansiyasının dağıdılmasından sonra Rusiya Sumıdakı enerji obyektinə hücum edib.

 

Azinformasiya.az Ukrayna mediasına istinadən xəbər verir ki, yerli vaxtla saat 16:00-dan sonra Sumıda güclü partlayış səsi eşidilib. Regional Hərbi Administrasiyası Sumı şəhərinin mühüm infrastrukturuna – yerli istilik elektrik stansiyasına havadan zərbə endirildiyini açıqlayıb.

İlkin məlumatda xəsarət alan olmadığı bildirilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir