Ukrayna XİN: Rusiyanın “Şahed” PUA-ları Rumıniya ərazisinə düşüb

Rusiyanın “Şahed” PUA-ları Rumıniya ərazisinə düşüb və partlayıb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko “Facebook”da bildirib.

“Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, İzmail limanının yerləşdiyi əraziyə Rusiyanın kütləvi hücumu zamanı bu gecə Rumıniya ərazisinə rus “Şahed” dronları düşərək partlayıb. Bu, Rusiyanın raket terrorunun yalnız Ukraynanın deyil, həm də qonşu ölkələrin, habelə NATO üzvü olan ölkələrin təhlükəsizliyinə böyük təhlükə yaratdığının növbəti təsdiqidir.
Biz tərəfdaşlarımızı Ukraynanın əlavə müasir raket əleyhinə və havadan müdafiə sistemləri ilə təmin etməyə, həmçinin Ukraynanın və qonşu dövlətlərin infrastrukturunun mühafizəsini gücləndirəcək döyüş aviasiyası ilə təmin olunmasını sürətləndirməyə çağırırıq”, o paylaşımında diqqətə çatdırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir