Ukrayna XİN başçısı ilə ABŞ dövlət katibinin telefon danışığı olub

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi “Facebook” hesabında məlumat yayıb.

“Nəticə yönümlü Ukrayna-Amerika dialoqunu davam etdirmək üçün ABŞ dövlət katibi Mark Rubio ilə söhbətim oldu. Mən Ukraynanın hərtərəfli, ədalətli və davamlı sülhə nail olmaq üçün güclü iradəsini vurğuladım. Bu sülh Ukrayna və ABŞ-ı gücləndirəcək”, Ukrayna XİN başçısı vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir