Ukrayna XİN başçısı Afrika qitəsinə səfər edəcək

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsündən çıxmasından sonra qlobal ərzaq böhranının kəskinləşməsi fonunda üçüncü dəfə Afrika qitəsinə səfər edəcək.

 

Azinformasiya.az Ukrayna XİN-ə istinadən xəbər verir ki, iyulun 23-24-də Ukrayna XİN rəhbəri səfərinə Ekvatorial Qvineyaya getməklə başlayacaq.

Bu səfərin iki ölkənin diplomatik münasibətləri tarixində ilk olacağı bildirilib. Dmitri Kuleba Malaboda ölkə rəhbərliyi ilə ikitərəfli münasibətlərin inkişafı, ticarətin həcminin artırılması, Afrikada ərzaq təhlükəsizliyinin təmin edilməsi və prezident Vladimir Zelenskinin Sülh Formulunun dəstəklənməsi ilə bağlı danışıqlar aparacaq.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir