Ukrayna və Finlandiya müdafiə sahəsində saziş imzalayıb

Finlandiya Prezidenti Aleksander Stubb Ukraynaya səfər edib.

 

Azinformasiya.az YLE-yə istinadən xəbər verir ki, Finlandiya Prezidenti ölkənin parlament sədri Jussi Halla-aho ilə birgə Kiyevdə işgüzar səfərə gedib.

Səfəri çərçivəsində Finlandiya Prezidenti Ukrayna dövlət başçısı Vladimir Zelenski ilə görüşüb.

Prezidentlər iki ölkə arasında 10 illik müdafiə sazişi imzalayıblar. İkitərəfli razılaşmaya əsasən Finlandiya gələcək illər üçün Ukraynaya silah tədarük etməyi öhdəsinə götürür. Razılaşmanın əhatə dairəsinə sursat tədarükü, donanmanın təchiz edilməsi və Ukraynanın öz silah istehsalının dəstəklənməsi daxildir. Finlandiya, eyni zamanda Ukraynaya enerji infrastrukturunun saxlanmasında və yaşıl enerjiyə keçiddə kömək edəcək.

Müqavilədə Finlandiyanın Ukraynanın NATO və Aİ üzvlüyünü dəstəklədiyinə dair siyasi qeyd də var.

Aleksander Stubb həmçinin Ukrayna silahlı qüvvələrinin yüksək səviyyəli rəsmiləri ilə görüşəcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir