Rusiya şərqdəki iki əsas cəbhə xəttinə 180 mindən çox əsgər yerləşdirib.
Azinformasiya.az CNN-ə istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin (USQ) şərq qruplaşmasının mətbuat katibi Sergey Çerevatyi Ukrayna mətbuatına müsahibəsində bildirib.
O vurğulayıb ki, Çerevatyi Liman-Kupyansk cəbhəsinin daha uzun olduğunu, ona görə də Rusiyanın qüvvələrini oraya topladığını söyləyib. Həmçinin qeyd edib ki, hazırda cəbhənin bu sektorunda Rusiyanın 120 minlik qoşunu var.
Çerevatyi şərq cəbhəsinə cəlb edilən Rusiya qüvvələrinin kifayət qədər güclü olduğunu, hava hücumu və motoatıcı bölmələrə malik olduğunu söyləyib. Eyni zamanda qeyd edib ki, Rusiya tərəfindən kriminal keçmişi olan şəxslərdən yaradılmış “Storm Z” bölmələri də bura daxildir.
Çerevatyi Baxmut cəbhəsində isə 50 minlik Rusiya qoşununun olduğunu bildirib.
Azinformasiya.az