Ukrayna Ordusu Rusiyanın Belqorod şəhərinə zərbə endirib.
Azinformasiya.az TASS-a istinadən xəbər verir ki, Şors küçəsində raket zərbəsinə məruz qalan 10 mərtəbəli binanın bir girişi tamamilə çöküb.
İlkin məlumata əsasən, 4 nəfər ölüb, 21 nəfər yaralanıb.
Dağıntılar altında qalanların olduğu istisna edilmir.
“112” Telegram kanalı dağıntılar altında 20 nəfərin qaldığının ehtimal olunduğunu yazıb.
Azinformasiya.az