Ukrayna hərbi kəşfiyyatı gecə saatlarında Rostov ərazisində xüsusi əməliyyat həyata keçirib.
Azinformasiya.az ölkənin Milli Xəbər Agentliyinə istinadən xəbər verir ki, nəticədə Azov yaşayış məntəqəsindən keçən neft kəməri partladılıb.
Rəsmi məlumatda sözügedən boru kəmərindən tankerlərə yüklənmənin qeyri-müəyyən vaxtadək dayandırıldığı bildirilib.
Ukrayna Müdafiə Nazirliyi bu addımı kəmərin hərbi məqsədlər üçün istifadə olunması ilə əlaqələndirib.
Azinformasiya.az