Ukrayna prezidenti Vladimir Zelenski Rusiya və Belarusun 200 müdafiə müəssisəsinə qarşı ikinci sanksiyalar paketini təsdiqləyib.
Azinformasiya.az xəbər verir ki, fərmana görə sanksiya siyahısına düşən təşkilatlar arasında elmi-tədqiqat müəssisələri də var.
Belarusun 17 müəssisəsi, həmçinin Qomselmaş, Qomel Tökmə Zavodu və Mogilyovv Vaqon Zavodu da sanksiyaya məruz qalıb.
Sanksiyalar 10 il müddətinə tətbiq edilib.
Azinformasiya.az