Ukrayna PUA-larla Krımda aerodromu vurub, zenit raket kompleksi və 3 hərbi helikopter partladılıb

Ukraynanın Təhlükəsizlik Xidməti Krımın “Kirovskoye” aerodromunda “Panzir – C1” zenit raket atəş kompleksi və üç ədəd “Mi-8”, “Mi-26” və “Mi-28” hərbi helikopteri partladıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə xidmətin mətbuat mərkəzi məlumat yayıb.

Pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilən əməliyyat zamanı Rusiya ordusuna məxsus silah anbarları da sıradan çıxarılıb.

Qeyd edək ki, gecə saatlarında həmin aerodromda iki dəfə partlayış səsi eşidilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir