“Rusiya ilə danışıqlar dayandırılıb”.
Azinformasya.Az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.
“Çünki İstanbul müzakirəsindən sonra ciddi irəliləyiş yoxdur. Rusiyanın mövqeyi dəyişməyib. Amma müharibə danışıqlar masası arxasında bitəcək. Mənə elə gəlir ki, bu prosesə cənab Volodimir Zelenski moderatorluq edəcək”, – o söyləyib.
Xatırladaq ki, bu gün Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Ukraynanın danışıqlar prosesindən çıxdığını bildirib. Onun sözlərinə görə, bu gün danışıqlar heç bir formada aparılmır.