Ukrayna hərbçiləri gün ərzində Tavriya istiqamətində Rusiya ordusunun 200-ə yaxın əsgərini zərərsizləşdirib.
Azinformasiya.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun briqada generalı, “Tavriya” əməliyyat-strateji qoşunlar qrupunun komandanı Aleksandr Tarnavski “Telegram” kanalında məlumat yayıb.
Onun sözlərinə əsasən, ukraynalı artilleriyaçılar gün ərzində 1 177 atəş missiyasını yerinə yetiriblər.
“Son 24 saat ərzində düşmənin ölən və yaralananlarla itkiləri bir bölükdən artıq olub. Düşmənin 33 hərbi texnikası məhv edilib”, – Tarnavski diqqətə çatdırıb.
Son gün ərzində, həmçinin 2 zirehli döyüş maşını, 2 haubitsa (“Msta-B”), 3 ədəd D-30 haubitsası, 4 PUA, 1 özüyeriyən artilleriya qurğusu 2S7 “Peony”, “Strela” zenit-raket kompleksi və s. məhv edilib.
Azinformasiya.az