Ukrayna ordusu Donetskin 3 şəhəri istiqamətində əks-hücumu davam etdirir

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Baxmut, Melitopol və Beryansk istiqamətlərində əks-hücumu davam etdirir.

 

Azinformasiya.az xəbər verir ki, məlumatı iyulun 26-da Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı yayıb.

Ukrayna müdafiəçilərinin Luqanks vilayətinin Dibirov, Stupoçek və Diliyevka, Donetsk vilayətinin Avdeyevka və Marinka rayonunları istiqamətində Rusiya hərbçilərinin hücumlarının qarşısını aldıqları bildirilib.

Məlumata əsasən, keçən sutka ərzində 26 döyüş toqquşması qeydə alınıb. Bildirilib ki, Rusiya hərbçiləri raket və 65 aviazərbə endirib, reaktiv yaylım atəşi sistemi ilə 84 dəfə atəş açıblar.

Ukraynanın müdafiə qüvvələri Rusiyanın şəxsi heyəti, silah-sursat və hərbi texnikasına 9 zərbə endirib. Nəticədə Rusiyanın “Ka-52”, 5 “Shahed-136” zərbə PUA-sı və 2 kəşfiyyat pilotsuz uçuş aparatı məhv edilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir