Ukrayna nümayəndə heyəti ABŞ-la danışıqlar üçün Parisə gedib

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak, xarici işlər naziri Andrey Sibiqa və müdafiə naziri Rustem Umerov Parisə gediblər.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Andrey Yermak özünün Telegram kanalında bildirib.

Onun sözlərinə əsasən, səfər çərçivəsində “Arzuedənlər Koalisiyası” və təhlükəsizliyi təmin etməyə hazır olan dövlətlər, xüsusən, Fransa, Almaniya və Böyük Britaniyanın nümayəndələri ilə bir sıra ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi planlaşdırılıb.

Hazırda Fransada səfərdə olan ABŞ nümayəndələri ilə də görüşlər nəzərdə tutulub.

“Bütün Avropanın və Ukraynanın təhlükəsizliyi üçün vacib məsələlər üzərində çalışırıq”, – Yermak vurğulayıb.

Ukrayna Xarici İşlər Nazirliyi də nümayəndə heyətinin təhlükəsizlik və davamlı sülhlə bağlı məsləhətləşmələr üçün Parisə səfər etdiyini bildirib.

XİN ukraynalı məmurların ABŞ nümayəndələri ilə görüşlər planlaşdırdığını təsdiqləyib.

Qeyd edək ki, ABŞ Dövlət katibi Marko Rubio və Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff da Parisdə səfərdədir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir