Ukrayna münaqişəsinin həlli üçün “Kiyev planı”nın şərtləri açıqlanıb

Ukrayna münaqişəsinin həlli üçün “Kiyev planı”nın şərtləri açıqlanıb.

 

Azinformasiya.az xəbər verir ki, şərtləri özündə ehtiva edən sənəd Ukrayna Prezident Ofisinin mətbuat xidməti tərəfindən təqdim olunub.

Sənəddə yer alan şərtlərdən biri, Ukrayna kənd təsərrüfatı məhsullarının Qara dəniz limanları vasitəsilə maneəsiz ixracı, Ukrayna taxılının Avropaya ixracı üçün quru və çay marşrutlarının yaradılması ilə bağlı Avropa İttifaqının “EU Solidarity Lanes” təşəbbüsünün həyata keçirilməsidir.

Bundan başqa, Ukraynanın enerji infrastrukturunun bərpası üçün tədbirlər həyata keçirilməli, Ukraynanın ərazi bütövlüyü tanınmalı, eyni zamanda təhlükəsizlik təminatı məsələsi həllini tapmalıdır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir