Ukrayna müdafiə naziri NATO Baş katibi ilə görüşüb

Ukrayna müdafiə naziri Rustem Umerov NATO Baş katibi Yens Stoltenberqlə görüşüb, görüşdə döyüş meydanındakı son vəziyyət və NATO-nun dəstəyi müzakirə olunub.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Baş katib Stoltenberq və müdafiə naziri Umerov döyüş meydanındakı son vəziyyəti və Ukraynanın təcili hərbi ehtiyaclarını müzakirə ediblər.

“Qışın döyüşləri çətinləşdirəcəyi gözlənilən bir vaxtda Yens Stoltenberq vurğulayıb ki, müttəfiqlər Rusiyanın işğalına qarşı özünü müdafiə edən Ukraynaya siyasi və praktiki dəstəyi gücləndirməyə sadiqdirlər. Baş katib bir daha bildirib ki, NATO Ukrayna qüvvələrinin NATO çərçivəsində tam qarşılıqlı fəaliyyət göstərməsi və onları Alyansa daha da yaxınlaşdırması üçün Ukraynaya uzunmüddətli dəstək verəcək. Baş katib Stoltenberq və nazir Umerov, eyni zamanda Ukraynanın NATO-ya üzvlük yolunu və Ukraynanın islahatlar səylərini müzakirə ediblər. Cənab Stoltenberq bir daha bəyan edib ki, bütün müttəfiqlər razılaşdıqda və şərtlər yerinə yetirildikdə, Ukrayna NATO-ya üzv olacaq”, NATO-nun yaydığı məlumatda bildirilib.

Görüş ukraynalı müdafiə nazirinin Brüsselə səfəri çərçivəsində baş tutub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir