Ukrayna Macarıstan və Slovakiyaya neft ixrac edən “Dostluq” kəmərinə yenidən zərbələr endirib

Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri yenidən “Dostluq” neft kəmərinə hücum zərbələr endirib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandiri, “Madyar” adlandırılan qrupun rəhbəri Robert Brovdi Telegram-da məlumat verib.

Onun sözlərinə əsasən, Bryansk vilayətində nasos stansiyası zədələnib.

Qeyd edək ki, Ukrayna Macarıstan və Slovakiyaya neft ixrac edən “Dostluq” kəmərinə bundan əvvəl isə bir neçə dəfə zərbələr endirib. Ukraynanın bu addımı Macarıstan və Slovakiya tərəfindən kəskin etirazla qarşılanıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir