Ukrayna DİN: “Xarkov “Qrad” atəşinə tutulub, onlarla ölən var”

Rusiya ordusu Ukraynanın Xarkov şəhərini “Qrad” atəşinə tutub.

Azinformasiya.Az UNIAN-a istinadən xəbər verir ki, bu barədə daxili işlər nazirinin müşaviri Andrey Geraşenko feysbukda bildirib.

Məlumata görə, işğalçı qüvvələrin təcavüzü nəticəsində onlarla dinc sakin həlak olub, 100-dən çox yaralı var.

“Bu kabusu bütün dünya görməlidir”, – DİN rəsmisi vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir