Ukrayna DİN: Rusiyanın aviazərbələri nəticəsində 28 nəfər ölüb

Rusiyanın Ukraynanın müxtəlif ərazilərinə endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.

 

Azinformasiya.az  “PressOrg” saytına istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri İqor Klimenko “Telegram” hesabında yazıb.

O bildirib ki, ölənlərin 17 nəfəri paytaxt Kiyevin, 11 nəfəri isə Dneprin sakinləridir.

Nazirin sözlərinə əsasən, aviasiya hücumları zamanı 112 nəfər yaralanıb.

İ. Klimenko, həmçinin vurğulayıb ki, hücumlar zamanı bir neçə yaşayış binası, xəstəxana və biznes mərkəzi də daxil olmaqla, bəzi infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir