2023-cü ilin başlanğıcından Ukrayna beynəlxalq tərəfdaşlardan 25 milyard dollardan artıq maliyyə yardımı alıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə Ali Radanın büdcə komitəsinin rəhbəri Roksolana Pidlasa “Telegram” da bildirib.
“İlin əvvəlindən beynəlxalq büdcə yardımı 25,3 milyard dollar təşkil edib”, – komitə rəhbəri söyləyib.
Pidlasanın sözlərinə əsasən, 2023-cü ilin ilk altı ayında xarici resurslar dövlət büdcəsinin ümumi fonduna daxil olan bütün gəlirlərin 49,1%-ni təşkil edib.
O, həmçinin qeyd edib ki, Ukraynaya yardımın ən böyük donoru Avropa İttifaqıdır və bu il artıq Kiyevə 11,43 milyard dollar güzəştli kredit ayırıb.
2023-cü ilin başlanğıcındanUkrayna büdcəsinə Beynəlxalq Valyuta Fondundan 3,59 milyard dollar, Kanadadan isə 1,76 milyard dollar daxil olub.
Ali Radanın Maliyyə Komitəsinin məlumatına əsasən, 2023-cü ilin büdcəsində dövlət borcunun maksimum məbləğinin 172,7 milyard dollara qədər artırılması nəzərdə tutulub ki, bu da növbəti il üçün ÜDM-in proqnozlaşdırılan səviyyəsinin 102,3%-ni təşkil edir. Ukraynanın 2023-cü il dövlət büdcəsində 38 milyard dollar kəsir nəzərdə tutulub.
Azinformasiya.az