Ukrayna Silahlı Qüvvələri son sutkada Rusiyanın müxtəlif tipli 10 PUA-sını vurub.
Azinformasiya.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının cəbhədəki durumla bağlı gündəlik operativ məlumat bülletenində yazılıb.
Bildirilib ki, son sutka ərzində Ukrayna ərazisinə 70 raket zərbəsi endirilib: “Ukraynanın bütün ərazisinə raket və hava zərbələrinin endirilməsi ehtimalı yüksək olaraq qalır. Düşmən əsas səylərini Baxmut, Avdivka və Marinka ərazilərinə yönəldib. Baxmut və Marinka uğrunda şiddətli döyüşlər davam edir”.
Məlumata əsasən, Ukrayna Hərbi Hava Qüvvələri son sutka ərzində işğalçıların şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 9, o cümlədən zenit-raket komplekslərinə 3 zərbə endirib.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə keçən il fevralın 24-də başlayıb.
Azinformasiya.az