Ukrayna Avropanı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə çağırıb

Kiyev Rusiya prezidenti Vladimir Putinin Belarusda taktiki nüvə silahı yerləşdirmək qərarından sonra Avropanın Moskvaya qarşı sanksiyaları gücləndirəcəyini gözləyir və əks-hücum əməliyyatını həyata keçirmək üçün əlavə silah tələb edir.

 

Azinformasiya.az xəbər verir ki, bunu bazar günü Fransanın LCI telekanalının efirində Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixaylo Podolyak söyləyib.

“Ukraynanın əks-hücum üçün hərbi potensialını artırmaq və Rusiyaya qarşı sanksiyaları gücləndirmək lazımdır”, – deyə o, Rusiya rəhbərliyinin qərarına cavab olaraq “Rosatom”a qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir