Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk Türkiyəyə səfər edib.
Azinformasiya.az xəbər verir ki, bu barədə məlumatı, o, “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Stefançuk bu səfərin Ukrayna üçün əhəmiyyətli olduğunu, türkiyəli həmkarı Numan Kurtulmuşla parlamentlərarası əməkdaşlıq, Dostluq Qrupunun fəaliyyəti, iki ölkə parlamentlərinin komitələri arasında əməkdaşlıq məsələlərini müzakirə etdiklərini qeyd edib.
Bundan başqa, o, Türkiyəyə Ukrayna regionlarının yenidən qurulmasına qoşulmaq istəyinə görə təşəkkür edib: “Zelenskinin təklif etdiyi Sülh Formulası Təşəbbüsün həyata keçirilməsində Türkiyənin dəstəyi və Qlobal Sülh Sammitində iştirakı bizim üçün çox vacibdir.”
Azinformasiya.az