Ukrayna Ali Radası Gürcüstan Prezidentinə Saakaşvilinin əfv edilməsi üçün müraciət edib

Ukrayna Ali Radasında Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilinin humanitar əfvi və müalicə üçün xaricə köçürülməsinə çağırış edən müraciət layihəsi qeydə alınıb.

 

Azinformasiya.az xəbər verir ki, müraciəti hakim “Xalqın xidmətçisi”partiyasının lideri David Araxamia da daxil olmaqla ümumilikdə 87 deputat imzalayıb.

Sənəddə Gürcüstan Prezidentinə, eləcə də Avropa Parlamentinin üzvlərinə, Aİ-yə üzv ölkələrin parlament üzvlərinə, ATƏT Parlament Assambleyasına və NATO-nun Parlament Assambleyasına müraciət öz əksini tapıb.

Qeyd olunub ki, təşəbbüsün məqsədi Gürcüstan Prezidenti Salome Zurabaşvili tərəfindən Ukrayna vətəndaşı olan keçmiş Prezident Mixeil Saakaşvilinin səhhəti nəzərə alınmaqla humanitar əfvinə müvəffəq olmaqdır. Müraciətdə, eyni zamanda Aİ-yə üzv ölkələrin parlamentarilərinə Prezident Salome Zurabişvilinin müvafiq qərarı qəbul etməsinin təmin edilməsi mqəsədilə zəruri qərar və qətnamələri qəbul etməyə çağırış edilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir