Ucarda yük maşını ilə minik maşını toqquşub, yaralılar var

Ucarda yol qəzası olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Bakı- Qazax magistralının rayonun Küçəkənd kəndindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan buğda ilə yüklənmiş yük maşını ilə minik maşını toqquşub. Nəticədə magistraldan çıxan hər iki maşına ciddi ziyan dəyib. Yüngül xəsarət alan zərərçəkənə hadisə yerində ilkin yardım edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir