Ucarda yol qəzası olub, xəsarət alanlar var.
Azinformasiya.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Müsüslü kəndindən kecən hissəsində qeydə alınıb. “Nissan” və “Daewoo Centra” markalı minik avtomobilləri toqquşub. Nəticədə Oğuz rayon sakinləri – 1978-ci il təvəllüdlü Yaqut Hacıyeva və oğlu 2005-ci il təvəllüdlü Nihat Hacıyev xəsarət alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Onların Ağdaş rayonundan yas məclisindən qayıdan zaman qəzaya düşdükləri bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az