Ucarda yol-nəqliyyat hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralında, rayonun Qarabörk kəndi ərazisində qeydə alınıb.
“Nissan” markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində Mingəçevir şəhər sakinləri – 1979 – cu il təvəllüdlü Gülnarə Qaçayeva və 1961- ci il təvəllüdlü Gümanə Namazova xəsarət alıb .
Onlar Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az