Ucarda fərdi yaşayış evi yanıb.
Azinformasiya.az xəbər verir ki, hadisə bu gün rayonun Şahlıq kəndində baş verib.
Kənd sakini, 1984-cü il təvəllüdlü Əlvan Əlizadə oğlu Mirzəliyevə məxsus ümumi sahəsi 300 kvadratmetr olan ikimərtəbəli, 8 otaq, 2 mətbəxdən ibarət olan ev əşyaları ilə birlikdə tamamı ilə yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb . Yaxındaki tikililərə yanğının keçməsinin qarşısı alınıb.
Hadisə zamanı ölən və xəsarət alan olmayıb.
Yanğının hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az