Ucarda avtomobilin digər maşına çırpılması nəticəsində 5 nəfər xəsarət alıb

Ucarda 5 nəfərin xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə bu gün Bakı-Qazax əsas magistral yolunun rayonun Küçəkənd kəndindən keçən hissəsində baş verib.

Belə ki, “Toyota” markalı minik maşını yol kənarında dayanmış “Mercedes”ə çırpılıb. Nəticədə müxtəlif xəsarətlər alan Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Xaləddin Sabir oğlu Həsənov, Ucar rayon sakini, 1977-ci il təvəllüdlü Ramil Niyaz oğlu Qədirov, Sumqayıt şəhər sakini, 2003-cü il təvəllüdlü Pərvin Qurban oğlu Mehdiyev, Laçın rayon sakini, 2003-cü il təvəllüdlü Fərid Abbas oğlu Abbasov və Tərtər rayon sakini, 2004-cü il təvəllüdlü Ziya İntiqam oğlu Məmmədzadə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırılma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir