Ucarda avtomobil piyadanı vuraraq öldürüb

Ucar rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Müsüslü kəndindən keçən hissəsində baş verib.

Qazax istiqamətində hərəkətdə olan “Mercedes Vito” markalı avtomobil orta yaşlı kişini vurub.

Ağır xəsarət alan piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir