Ucarda ana və övladı dəm qazından zəhərlənib.
Azinformasiya.az xəbər verir ki, hadisə bu gün gündüz saatlarında rayonun Qulabənd kəndində qeydə alınıb.
Kənd sakini 1993-cü il təvəllüdlü Səidə Fizuli qızı Əhmədova və övladı 2013-cü il təvəllüdlü Bahar Ayaz qızı Əhmədli ağır vəziyyətdə təcili tibbi yardım avtomobili ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına gətiriliblər.
İlkin müayinə zamanı hər iki şəxsin dəm qazından zəhərləndiyi məlum olub. Zərərçəkənlərə zəruri tibbi yardımlar göstərilib, hazırda vəziyyətləri orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az