Ucarda ağır yol qəzası baş verib, ölən və yaralananlar var

Ucarda ölümlə nəticələnən yol qəzası olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə BakI-Qazax yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində baş verib.

“Mercedes” markalı minik avtobilinin hərəkətdə olarkən qəfildən idarəetmədən çıxması nəticəsində yoldan çıxaraq bir neçə dəfə aşıb.

Hadisə zamanı 2014-cü il təvəllüdlü Aynişan Elnur qızı Abdullayeva ölüb, 1965-ci il təvəllüdlü Kəmalə Zabit qızı Nəsibova, 1992-ci il təvəllüdlü Səidə Nazim qızı Nəsibova və 2019-cu il təvəllüdlü Ruqiyyə Elmir qızı Abdullayeva xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir